Dünyanın ən yaşlı astronavtı
    • 20-05-2024, 23:10
    • 286

Dünyanın ən yaşlı astronavtı

Jeff Bezosun aerokosmik şirkəti Blue Origin, uzun fasilədən sonra New Shepard-ın 25-ci missiyası olan NS-25 missiyası ilə ekipajını yenidən kosmosun kənarına göndərib.

News24.az xəbər verir ki, amma bu dəfə ekipajın çox xüsusi qonağı olub.

Qeyd edək ki, Ed Duayt, 1960-cı illərdə NASA-da məşq edən ilk qaradərili olub.

90 yaşlı Duayt Blue Origin raketi ilə kosmosa uçaraq ən yaşlı astronavt olub

1966-cı ildə müxtəlif səbəblərdən hava qüvvələrini tərk edən və astronavt olmaq məqsədinə çata bilməyən Duayt 60 illik gecikmədən sonra kosmosa çatıb.

Kosmosda səyahət edən ən yaşlı insan olan 90 yaşlı Duayt bu təcrübəni “füsunkar” adlandırıb və kosmosun insanlara dünyaya fərqli baxışlar bəxş etdiyini vurğulayıb.

Günel Məlikzadə