Təyyarədə dəhşətli ANLAR – VİDEO
    • 22-05-2024, 22:42
    • 152

Təyyarədə dəhşətli ANLAR – VİDEO

Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsində yaranan turbulentlik nəticəsində dünyasını dəyişən şəxsin 73 yaşlı teatr direktoru Geoffrey Kitçen olduğu açıqlanıb. O həyat yoldaşı ilə tətilə gedirmiş.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, böyük çaxnaşmaya səbəb olan və turbulentlik nəticəsində çox sayda sərnişinin yaralandığı Sinqapur Hava Yollarına məxsus sərnişin təyyarəsində 211 sərnişin və 18 ekipaj üzvü olub. Hadisə nəticəsində 1 sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Təcili eniş edən təyyarədə təhlükəsizlik kəməri taxmayan bəzi sərnişinlər turbulentlik zamanı başlarının tavana dəyməsi nəticəsində ağır yaralanıb. Reuters-ə danışan bir hadisə şahidi bildirib ki, “Təyyarə qəfildən yuxarı qalxmağa başlayıb və çox güclü titrəyib. Sonra sürətlə hündürlüyünü itirib və oturarkən təhlükəsizlik kəmərini taxmayan hər kəsin başı tavana dəyib”.

Adı açıqlanmayan təyyarənin pilotu son vaxtlar bölgədə çoxlu ildırım hadisəsi baş verdiyini bildirib.

Tailand səlahiyyətliləri mərhumun, 73 yaşlı Britaniya vətəndaşı Geoffrey Kitçenin bilinən ürək problemi olduğunu və çox güman ki, infarktdan öldüyünü açıqlayıb.

Britaniyanın “İndependent” qəzeti iki uşaq atası olan Kitçenin həyat yoldaşı da xəstəxanaya yerləşdirilib.

Sinqapur Hava Yollarının baş direktoru Goh Choon Phong travmatik hadisəyə görə sərnişinlərdən və onların doğmalarından üzr istəyib, zərər çəkmiş sərnişinlərə və ekipaj üzvlərinə dəstək olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qəza zamanı Myanmanın cənub bölgələrində hava fırtınalı görünüb və Boeing 777 tipli təyyarənin hündürlüyünü itirdiyi ərazidə tez-tez ildırım çaxması müşahidə edilib.