Qaçaq rejissor Kanna gedir
    • 23-05-2024, 23:00
    • 227

Qaçaq rejissor Kanna gedir

İranlı rejissor Məhəmməd Rəsulof bu yaxınlarda ölkəsini tərk etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, 2020-ci il Berlin Festivalında İranda ölüm hökmündən bəhs edən “There Is No Evil” filminə görə baş mükafatı qazanan rejissor İnstaqram səhifəsində kömək etmək üçün “həyatını riskə atdıqdan” sonra “təhlükəsiz yerdə” olduğunu bildirib.

Rejissorun “The Seed of the Sacred Fig” filminin Kann kinofestivalında premyerası olacaq.

Qeyd edək ki, 8 il həbs cəzası alan və festivalda iştirakı maraq doğuran rejissorun Kannda filminin nümayişinə qatılacağı açıqlanıb.

Günel Məlikzadə