Qordon Bell vəfat etdi
    • 23-05-2024, 20:00
    • 169

Qordon Bell vəfat etdi

İlk fərdi kompüterin prototipinin yaradıcısı Qordon Bell vəfat edib.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, o, 89 yaşında Koloradodakı evində prevmaniyadan vəfat edib.

Qordon Bell 1960-cı illərdə mini-kompüter sənayesini inkişaf etdirməyə kömək edəcək “Digital Equipment Corporation” üçün kompüter layihələri ilə məşğul olub.

“The New York Times” yazır ki, ixtiraçı kompüter sahəsinin “əsas memarlarından biri” idi. Bütün həyatı boyu o, şəbəkəyə qoşula bilən daha kiçik, sərfəli, interaktiv kompüterlər yaratmağa çalışdı.