Görün “Qurd yuvası”ndan nələr tapıldı - Hitlerin qərargahı olub
    • 23-05-2024, 20:08
    • 182

Görün “Qurd yuvası”ndan nələr tapıldı - Hitlerin qərargahı olub

Polşa və alman arxeoloqları nasist Almaniyasının lideri olmuş Adolf Hitlerin Polşadakı “Qurd yuvası” adlı qərargahında yeni doğulmuş uşaq da daxil olmaqla beş insan qalığı aşkar ediblər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Arxeoloq Oktavian Bartoşevski tapıntıdan təəccübləndiklərini bildirib. İnsan qalıqları demək olar ki, təsadüfən tapılıb.

Ərazi yaxşı tədqiq edildiyi üçün oradan yeni nəsə kəşf oluna biləcəyi ehtimalı yox idi. Köhnə taxta döşəmə arxeoloqlardan birinin diqqətini çəkib. Araşdırma zamanı məlum olub ki, orada su borusu və insan kəlləsinin qalıqları var.