Bakıda it dişləyən azyaşlı qızla bağlı YENİ XƏBƏR
    • 24-05-2024, 15:25
    • 209

Bakıda it dişləyən azyaşlı qızla bağlı YENİ XƏBƏR

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında sahibsiz küçə itlərinin hücumuna məruz qalan 11 yaşlı Zeynəb Süleymanova evə buraxılıb.

News24.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, bədənin çoxsaylı yaraları diaqnozu ilə KTM-ə hospitalizasiya olunan azyaşlı stasionar müalicələri bitdikdən sonra evə buraxılıb.