SpaceX-in satış planı
    • 24-05-2024, 17:15
    • 239

SpaceX-in satış planı

İlon Mask SpaceX-i satışa çıxarmağı düşünür və şirkəti təxminən 200 milyard dollar dəyərində qiymətləndirəcək səhm satışı danışıqları aparır.

News24.az xəbər verir ki, məlumat məxfi olduğu üçün anonimlik tələb edən mənbələr SpaceX-in iyunda başlaya biləcək tender təklifini müzakirə etdiyini bildirib. Mənbələrdən biri bildirib ki, qarşıdan gələn tender təklifinin qiyməti hələ müəyyən edilməyib. Lakin SpaceX hər bir səhm üçün 108-110 dollar təklif etməyi düşünür.

200 milyard dollarlıq qiymətləndirmə, şirkətin ən son tender təklifi ilə əldə etdiyi 180 milyard dollar dəyərindəki artımı əks etdirir. SpaceX artıq bazar kapitallaşması baxımından dünyanın ən böyük açıq şirkətləri ilə bərabər səviyyədədir.

Mənbələr onu da qeyd ediblər ki, şərtlər yekunlaşdırılmayıb və tender təklifinin ölçüsü alıcının şərtlərindən asılı olaraq dəyişə bilər.

X-də yayımlanan bir yazıda Mask, dövri tender təkliflərinə istinad edərək, "Biz hər 6 aydan bir işçilər və investorlar üçün likvidlik turları edirik" deyib.

Günel Məlikzadə