Şimali Koreyadan peyk xəbərdarlığı
    • 27-05-2024, 12:09
    • 159

Şimali Koreyadan peyk xəbərdarlığı

Bu dəfə nüvə silahı, ballistik raket proqramını davam etdirərək Koreya yarımadasında və ətrafında təhlükəsizlik narahatlığını artıran Şimali Koreyadan “peyk” xəbərdarlığı gəlib.

News24.az xəbər verir ki, Yaponiya Sahil Mühafizə Qüvvələrini (JCG) xəbərdar edən Pxenyan mayın 27-dən iyunun 3-dək peyk buraxmağa cəhd edəcəyini açıqlayıb.

Şimali Koreya peyki və ya onun hissələrini daşıyan raketin Sarı dənizə və Filippinin şərqindəki Sakit Okeana düşə biləcəyi barədə xəbərdarlıq etsə də, sayıq JCG bölgədə üzən gəmiləri diqqətli olmağa çağırıb.

Cənubi Koreya ordusu nüvə silahına malik Şimalın ikinci hərbi kəşfiyyat vasitəsini orbitə yerləşdirmək cəhdi ola biləcək bir peyk buraxmağa hazırlaşdığına dair mümkün əlamətləri aşkar etdiyini açıqlayıb.

Qeyd edək ki, Şimali Koreya keçən il ilk casus peykini kosmosa göndərib. Dünyanın digər yerləri ilə yanaşı, Ağ Evin və Pentaqonun lideri Kim Çen Inın çəkilmiş fotoşəkillərini nəzərdən keçirdiyini iddia edib.

Pxenyan administrasiyası 2024-cü ildə orbitə yeni peyklər göndərməyi hədəflədiyini açıqlayıb.

CASUS PEYK NƏDİR?

Casus peyklərdən həm hərbi, həm də kəşfiyyat məqsədləri üçün istifadə oluna bilər.

Onlar qoşunların hərəkətini aşkar etmək, nüvə silahlarının və radio siqnallarının sökülməsinə nəzarət etmək, atılan raketləri aşkar etmək və dəqiq yer məlumatı vermək kimi kəşfiyyat işlərini yerinə yetirə bilərlər.

Yerin orbitində uçan bu peyklər öz kameraları ilə yeri skan edə bilirlər. Bu peyklərin eni cəmi 10 sm olan obyektləri görə bildiyi təxmin edilir.

Günel Məlikzadə