Naço "Real"dan gedir?
    • 28-05-2024, 12:43
    • 207

Naço "Real"dan gedir?

"Real Madrid"in 34 yaşlı mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes komandadakı gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.

News24.az fanat.az-a istinadla xəbər verir ki, "Madrid Universal" onun sözlərini belə çatdırıb:

"Nə edəcəyimi müəyyənləşdirmişəm. Amma bunu indi deməyə hazırlaşmıram. İndi bunun vaxtı deyil. Kapitan olmağım və La Liqanı qazanmağımız fikrimi dəyişdirməyəcək. Artıq son qərarımı vermişəm".