Dəhşətli hadisə: Gənc qız saçını boyadı, üzü
    • 29-05-2024, 21:53
    • 531

Dəhşətli hadisə: Gənc qız saçını boyadı, üzü "lampa"ya DÖNDÜ - FOTOLAR

Parisdə yaşayan Estelle adlı tələbə saçlarını boyamağa cəhd edib.

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, gənc qız saçlarını rənglədikdən sonra gördükləri qarşısında heyrətə gəlib. Fransalı tələbə Estelle saç boyasının verdiyi dəhşətli allergik reaksiyadan az qala öləcəkdi.

Saç rəngini sarıdan qara rəngə dəyişmək qərarına gələn Estelle hələ 19 yaşında idi. Prosedur üçün Paris mağazasından evdə hazırlanmış saç boyası aldı, amma saçı ilə birlikdə gənc qızın üzündə dəyişiklik yarandı. Amma bu onun fərqində belə deyildi.

Əvvəlcə tətbiq etdiyi boya baş dərisini qaşındırıb və başının yuxarı hissəsini şişib. Şişkinliyin yüngül allergik reaksiya olduğunu fərz edərək, antihistaminiklər qəbul edib və dərmanların bədənini sakitləşdirəcəyinə düşünürək yatıb. Ancaq səhəri gün Estelle güzgüdə özünü görəndə dəhşətə gəlib.

Gənc qızın baş ətrafı 56 sm-dən 63 sm-ə qədər artıb və onun üz quruluşu indi bir lampanı xatırladır. Həkimlər boyanın tərkibində parafenilendiamin (PPD) maddəsini təyin edib.

Qızın üzündə yaranan qəribə şişkinliyə baxmayaraq, ciddi şəkildə əhəmiyyət vermədilər. Ona bir sıra dərmanlar verərək evə buraxıblar. Lakin gənc qızın vəziyyəti düzəlməyib.

Səhəri günün üzə çıxan simptomlar daha da ağırlaşıb. Estelle başqa xəstəxnaya aparılan zaman nəfəs almaqda çətinli çəkib və dili şişib. Şişin çəkilməsi üçün ona adrenalin inyeksiya edilib və bir gün xəstəxanada qalıb.