Avropa Fondu vasitəsilə 20 ölkəyə silah tədarük edilir: Borrell
    • 29-05-2024, 18:24
    • 84

Avropa Fondu vasitəsilə 20 ölkəyə silah tədarük edilir: Borrell

Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə 20 ölkəyə silah tədarük edir.

News24.az xəbər verir ki, bunu Aİ-nin diplomatik rəhbəri Josep Borrell təhlükəsizlik məsələlərinə həsr olunmuş Brüssel Şuman Forumunun açılışında bildirib.

"Aİ-nin 40 tərəfdaş ölkə ilə sülh və təhlükəsizlik üzrə 80 strukturlaşdırılmış dialoqu var. Biz Avropa Sülh Fondu vasitəsilə Afrikadan Qafqaza qədər 20 ölkəyə silah tədarük edirik", - Borrell bildirib.

Avropa Sülh Fondu qismən (orta hesabla 40%) Aİ büdcəsindən maliyyələşdirilən güzəştli qeyri-kommersiya silah təchizatını təmin edir. Hazırda bu strukturun vəsaitlərinin 95%-dən çoxu Ukrayna üçün silah alınmasına sərf olunur. 

Mehriban Mirzəzadə