-
- 29-05-2024, 18:48
- 575
Fələstini dövlət kimi tanıyanlar VƏ tanımayanlar
Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyır.
News24.az xəbər verir ki, bunlara BMT-dəki 22 üzvlü Ərəb Qrupu, 57 ölkəni əhatə edən İslam Əməkdaşlıq Təşkilatı və 120 üzvlü Qoşulmama Hərəkatı daxildir.
Son açıqlama ilə Fələstini tanıyan BMT-yə üzv ölkələrin sayı 142-yə yüksəlib.
O cümlədən ABŞ, İngiltərə, Almaniya, Fransa, Kanada, Avstraliya, Hollandiya, İtaliya, Portuqaliya, Finlandiya, Danimarka, İsveçrə, Belçika, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Myanma, Eritreya, Tayvan, Yeni Zelandiya, Panama və Kamerun 40-dan çox dövlət Fələstini dövlət kimi tanımır.
Avstraliya da bu ay “iki dövlətli həll yolunu açmaq üçün” Fələstini bir dövlət kimi tanıya biləcəyini açıqlayıb.
Mart ayında İspaniya, İrlandiya, Malta və Sloveniya liderləri "müvafiq şərtlər yerinə yetirildikdə" Fələstinin dövlət kimi tanınması istiqamətində çalışdıqlarını açıqlayıblar.
Xatırladaq ki, bu açıqlamadan əvvəl yalnız doqquz Avropa ölkəsi Fələstini dövlət kimi tanıyıb. Bunların əksəriyyəti 1988-ci ildə Sovet blokunun bir hissəsi olanda qərara alınıb.
Onu da bildirək ki, İspaniya, Norveç və İrlandiyanın bu addımından bir neçə həftə əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstinin BMT-yə üzvlüyünün yenidən qiymətləndirilməsini və Fələstinə daha geniş səlahiyyətlər, imtiyazların verilməsini təklif edən qanun layihəsini qəbul edib.
Aprel ayında ABŞ BMT-nin Fələstin dövlətini tanıması təklifi ilə bağlı Təhlükəsizlik Şurasında səsverməyə veto qoyaraq fələstinlilərin təşkilata tam üzvlüyünə mane olub. Lakin Fransa, Yaponiya və Cənubi Koreya kimi ABŞ-ın müttəfiqləri də daxil olmaqla 12 ölkə qanun layihəsinə yaşıl işıq yandırıb.
Əlcəzairin təqdim etdiyi bu təklif Təhlükəsizlik Şurası tərəfindən qəbul edilərsə, BMT Baş Assambleyası bu təklifə səs verə bilər və təklif üçdə iki səs çoxluğu ilə qəbul edilə bilər.
BMT Təhlükəsizlik Şurasına təqdim edilən layihələr yalnız beş daimi üzvdən heç biri onlara veto qoymadıqda təsdiqlənə bilər. Bu beş ölkə ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çindir.
Qeyd edək ki, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas ABŞ-ın vetosunu “qeyri-etik”, İsrail isə qanun layihəsini “utanc verici” adlandırıb.
Günel Məlikzadə