Rəisinin helikopter qəzasında ikinci araşdırma: Qəza yoxsa təxribat?
    • 30-05-2024, 09:47
    • 181

Rəisinin helikopter qəzasında ikinci araşdırma: Qəza yoxsa təxribat?

İran Baş Qərargahı prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı ikinci ilkin araşdırma hesabatını dərc edib.

News24.az xəbər verir ki, qəzaya uğramış helikopterin texniki xidmət və təmir qeydləri araşdırılıb. Bununla bağlı heç bir problem aşkar edilməyib. Qəzaya 69 saniyə qalmışa qədər ekipajla hər hansı bir fövqəladə hal və ya əlaqə kəsildiyi bildirilməyib.

Qeyd edək ki, helikopter Təbrizdən ilk uçuş marşrutu olan Ağbənd körpüsünə və Kızkalesi bəndinə qalxdıqdan sonra hava şəraitinin vizual uçuş şəraitinə uyğun olduğu bildirilib. Lakin, digər 2 vertolyotdan isə hava şəraitinin qəzaya dönüş yoluna təsiri daha ətraflı araşdırılmalıdır.

Vurğulanıb ki, helikopterin qalıqları və hissələri üzərində aparılan müayinələr, götürülən nümunələrə görə təxribat və ya elektron müharibəyə müdaxilə faktı aşkar edilməyib.

Bildirilib ki, qəzanın əsl səbəbi aşkarlanana qədər araşdırmalar davam etdiriləcək və nəticələr ictimaiyyətlə paylaşılacaq.

Xatırladaq ki, Baş Qərargah mayın 24-də dərc olunan qəzanın səbəblərini araşdıran ilk ilkin istintaq hesabatında bildirib ki, helikopterin hissələrində güllə və ya oxşar xarici obyektlərin izləri aşkar edilməyib.

Günel Məlikzadə