Kəlbəcərdə qəza: yaralı Bakıya gətirildi
    • 31-05-2024, 11:11
    • 118

Kəlbəcərdə qəza: yaralı Bakıya gətirildi

Kəlbəcər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vuqar Kəmaləddin oğlu Abbaslı yolu keçərkən avtomobil onu vurub.

Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.