"Qalatasaray" sərvət qazanacaq
    • 31-05-2024, 11:36
    • 274

"Qalatasaray" sərvət qazanacaq

"Qalatasaray" tarixində 18-ci dəfə Çempionlar Liqasının qruplarında yer almağı hədəfləyib.

News24.az xəbər verir ki, sarı-qırmızılar pley-offda rəqibini mübarizədən kənarlaşdırsa, qruplarda mübarizə aparacaq. Qalatasaray qruplara düşsə, kassasını dolduracaq.

Qeyd edək ki, Çempionlar Liqasının yeni formatı və UEFA-nın müəyyən etdiyi uğur mükafatları əvvəlki mövsümlərlə müqayisədə daha çox gəlir əldə etməyə imkan verir. Yeni formata əsasən, hər komanda ilk mərhələdə 8 fərqli komandaya qarşı oynayacaq.

Bu qarşılaşmaların yekununda ilk 8 yeri tutan komandalar son 16 tura yüksələcək, növbəti 16 komanda pley-off oyunu keçirəcək və qalib gələn 8 komanda növbəti mərhələyə yüksələcək.

“Qalatasaray”ın bu sistemlə son 16-ya kimi 10 matç keçirməsi ehtimalı da var. UEFA piyada pulunu 15,5 milyon avrodan 27 milyon avroya, qalibiyyət mükafatını 2,8 milyon avrodan 3,4 milyon avroya, heç-heçə bonusunu isə 900 min avrodan 1,7 milyon avroya qaldırıb.

Onu da bildirək ki, "Qalatasaray" bu mərhələdə 50 milyon avro (təxminən 1,7 milyard TL) gəlir əldə edə bilər. Növbəti mərhələdə əldə edilən nəticələrdən asılı olaraq bu rəqəm daha da arta bilər.

Günel Məlikzadə