![İmtahanda 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar olundu](/uploads/posts/2024-06/img_5808.webp)
-
- 2-06-2024, 15:25
- 154
İmtahanda 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar olundu
İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
İmtahan 20 şəhər və rayonda təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.