Dağıntılar altından özü çıxdı
    • 2-06-2024, 17:12
    • 149

Dağıntılar altından özü çıxdı


Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından çıxarılan 7 nəfərdən biri öz hesabına xilas olunub.

Belə ki, həmin kişi öz həyatını xilas etdikdən sonra dağıntılar altında qalan digər şəxslər barəsində də axtarış qruplarına məlumat verib.

O bildirib ki, binanın yelləndiyini hiss edəndə təhlükəsizliyini sığortalayıb:

"Binada əvvəlcə tərpəniş hiss etdim. Daha sonra başa düşdüm ki, çökəcəyik. Əvvəl düşündüm ki, bu bir zəlzələdir. Tez qapı və şkafın arasındakı boşluğa sığındım. Vəziyyətim yaxşıdır. İçəridə itim qalıb onun xilas edilməsini gözləyirəm".