Atasının avtomobilini sürərkən çuxura düşdü: Özü və dostu öldü – FOTOLAR
    • 3-06-2024, 19:00
    • 171

Atasının avtomobilini sürərkən çuxura düşdü: Özü və dostu öldü – FOTOLAR

Rusiyada dəhəştli hadisə baş verib.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, atasının “Volqa”sını xəbərsiz götürən uşaq avtomobili çuxura düşürdərək qəza edib və dostu ilə birlikdə həlak olub.

İyunun 1-də 14 yaşlı yeniyetmə valideynlərinin xəbəri olmadan “QAZ-3110” markalı avtomobilin açarını götürərək dörd dostu ilə birlikdə kəndi gəzməyə başlayıb. Nəticədə avtomobil çuxura düşüb. Sürücü və qabaq oturacaqda əyləşən 13 yaşlı sərnişin həlak olub. Faciə Krasnoyarsk diyarının Baykit kəndində baş verib.

Yerli İstintaq Komitəsi və prokurorluğun məlumatına görə, 13 və 14 yaşlı iki yeniyetmə xəsarətlə xəstəxanaya yerləşdirilib və daha sonra təyyarə ilə Krasnoyarska aparılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir, onlardan biri neyrocərrahiyyə, ikincisi travmatologiyadır. Beşinci sərnişin, 14 yaşlı oğlan, tibbi yardıma ehtiyac duymayıb.

Faktla bağlı cinayət işi açılıb.