Bakılı Petrosyanın qızını surroqat ana doğub – İDDİA
    • 3-06-2024, 20:22
    • 246

Bakılı Petrosyanın qızını surroqat ana doğub – İDDİA

Rusiyanın Xalq artisti, məşhur yumorist, Bakıda doğulmuş milliyətcə erməni Yevgeni Petrosyanın yeni dünyaya gələn qızı ilə bağlı maraqlı məlumat yayılıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, körpənin əslində 78 yaşlı Petrosyanın 35 yaşlı arvadı Tatyana Bruxunovadan doğulmadığı iddia olunur.

Rusiya mətbuatı xəbər verir ki, onların 4 yaşlı oğlu Vahanın indi kiçik bir bacısı var. Valideynlər körpə qıza Matilda adını veriblər.

Nadir bir adın seçilməsi ilə bağlı bir çox fərziyə var. Belə deyilir ki, Petrosyanın həyat yoldaşı  teatra aludə olduğuna görə, qızına çar II Nikolayın sevimlisi olan balet rəqqası Matilda Kşesinskayanın şərəfinə bu adı qoyublar.

İddialara görə, Petrosyan və Bruxunovanın qızı surroqat ana vasitəsilə dünyaya gəlib. Yevgeni Petrosyanın özü bunu təkzib edir. Bununla belə, Rusiya mediası iddia edir ki, Tatyana Bruxunovanın hamiləliyini heç kim görməyib və o, qızı dünyaya gələndən sonra da teatr tamaşalarında fəal iştiraka davam edib.

Surroqat analıq haqqında söz-söhbətlər hətta komediyaçının həyat yoldaşının ilk hamiləliyi zamanı da üzə çıxıb.

35 yaşlı Tatyana Bruxunova 78 yaşlı Petrosyanının 5-ci arvadıdır.

Yevgeni Petrosyan 1945-ci ilin 16 sentyabr tarixində Bakı şəhərində anadan olub. Onun atası milliyətcə erməni Vahan Petrosyan, anası isə milliyətcə yəhudi Bella Qriqoryevna idi.

Y.Petrosyanın atası Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat müəllimi, anası evdar qadın olub.

Uzun illərdir Moskvada yaşayan Yevgeni Petrosyan estrada artisti, yazıçı-yumorist, televiziya aparıcısı kimi məşhurlaşıb.

O, 5 dəfə evlənib.

Birinci arvadı qəzada ölüb. Bu evliliyindən bir qızı doğulub.

İkinci həyat yoldaşı ilə bir il yarım yaşayıb.

Üçüncü arvadı ilə evliliyi də uzun sürməyib.

Dördüncü həyat yoldaşı Yelena Stepanenko komediya aktyoru, Rusiyanın Əməkdar artistidir. Cütlük 1985-ci ildən 2018-ci ilə qədər birgə yaşayıb.

Beşinci həyat yoldaşı Tatyana Bruxunova (1989-cu il təvəllüdlü) ilə 2019-cu ilin dekabrında nikaha girib. Bu evlilikdən 2020-ci ildə Vahan adlı oğlu, 2024-cü ildə Matilda adlı qızı doğulub.