Əsirlərə işgəncə anları: “SSRİ himnini oxu!” – VİDEO/13+
    • 3-06-2024, 23:11
    • 315

Əsirlərə işgəncə anları: “SSRİ himnini oxu!” – VİDEO/13+

Ukraynalı əsirlərin SSRİ himnini oxumağa məcbur edildiyi video yayılıb.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ukrayna Prokurorluğu məsələ ilə bağlı araşdırma başladıldığını açıqlayıb.

Videoda gözləri bağlı hərbçilərin meşə yolu ilə aparıldığı əks olunub. Onları müşayiət edən rus hərbçilər məhbuslardan SSRİ himnini oxumağı tələb edir, sonra isə öndə gedənləri döyürlər.

Faktla bağlı müharibə qanunlarını pozma maddəsi ilə ibtidai istintaq başlanıb. Müstəntiqlər videodakı əsirlərin və hərbçilərin şəxsiyyətini müəyyənləşdirir.