Futbol tarixində bir ilk - 15 milyon...
    • 20-02-2024, 17:34
    • 145

Futbol tarixində bir ilk - 15 milyon...

Real Madrid Kilian Mbappe ilə tarixi müqavilə imzalamağa hazırlaşır. Bənövşəyi-ağların fransız ulduza təklif etdiyi müqavilənin təfərrüatları açıqlansa da, imza haqqı ağızları açıq qoyub.

News24.az xəbər verir ki, Real Madrid Mbappe ilə 5 illik müqavilə imzalayacaq.

Bənövşəyi-ağlar dünya şöhrətli hücumçuya 15 milyon avro xalis məvacib ödəyəcək.

Real Madrid imza haqqı olaraq Mbappeyə ağlasığmaz məbləğdə pul ödəyəcək. 

Dünya nəhəngi fransız ulduza 5 illik hissələrlə 150 milyon avro imza haqqı verəcək. 

Qeyd edək ki, bu qonorar futbol tarixində bir ilk olacaq.

Günel Məlikzadə