Mbappe transferini təsdiqlədi
    • 24-02-2024, 14:21
    • 127

Mbappe transferini təsdiqlədi

LaLiga prezidenti Xavyer Tebas bildirib ki, Kilian Mbappenin "Real Madrid"ə keçidi böyük ölçüdə başa çatıb.

News24.az xəbər verir ki, Tebas transferin böyük ölçüdə tamamlandığını, bu transferin İspaniya futbolu və Real Madrid üçün çox yaxşı bir inkişaf olduğunu bildirib.

Kilian Mbappenin transferi ilə bağlı Tebas, "Onun PSJ-dən ayrılacağı üçün Real Madridə imza atma şansı 99 faizdir. Ancaq bu transferin daha əvvəl tamamlanıb-başa çatmadığını bilmirəm. Real Madrid və ispan futbolu üçün əla xəbərdir. O, dünyanın ən yaxşı oyunçularından biridir"dedi.

Günel Məlikzadə