Avro-2024-ün favoritləri açıqlandı
    • 4-06-2024, 20:41
    • 219

Avro-2024-ün favoritləri açıqlandı

"Opta" statistika agentliyi futbol üzrə Avropa Çempionatında iştirak edəcək komandaların uğur qazanma şanslarını açıqlayıb.

News24.az Publika.az-a istinadən  xəbər verir ki, turnirin əsas favoriti İngiltərə millisi hesab edilir. İngilislərin qələbəsi 19,9% ehtimalla qiymətləndirilir.

Favoritlər üçlüyünə həmçinin Fransa (19,1%) və Almaniya (12,4%) milliləri də daxildir.

“Opta”nın məlumatına görə, Gürcüstan millisinin Avro-2024-ün qalibi olmaq şansı ən az ehtimal olunandır - 0,1%.