Tarlada müəmmalı qətl
    • 4-06-2024, 23:20
    • 194

Tarlada müəmmalı qətl

Türkiyədə bir tarlada davamlı olaraq eyni yerə gedən sahibsiz itlərin hürməsindən və oradan gələn qoxudan şübhələnən şəxs vəziyyəti jandarmaya xəbər verib.

News24.az xəbər verir ki, bölgəyə gələn qruplar əraziyə baxış keçirib və insana aid olduğu zənn edilən köynək, ayaqqabı və sümüklər aşkar ediblər.

Aparılan müayinələrdən sonra sümüklərin insana aid olub-olmadığı müəyyənləşəcək. Sümüklərin insan olduğu aşkar edilərsə, mərhumun kimliyi DNT testi ilə müəyyən ediləcək.

Qeyd edək ki, istintaq davam edir.

Günel Məlikzadə