Əsgərin cəsədi meşədə tapıldı
    • 8-04-2024, 09:28
    • 225

Əsgərin cəsədi meşədə tapıldı

Türkiyədə 2018-ci ildə bölməsindən qaçan mütəxəssis çavuşun sümükləri meşədə tapılıb.

News24.az xəbər verir ki, İzmirin Kemalpaşa mahalının Ansızca məhəlləsində meşəlik ərazidə keçilərini otaran şəxs jandarm geyimində insan sümükləri görərək jandarmaya xəbər verib.

Jandarm əməkdaşları tərəfindən aparılan ekspertiza zamanı içərisində tapança, şəxsiyyət vəsiqəsi və mobil telefon aşkar edilən meyitin 2018-ci ildə işlədiyi Ulucak Jandarma Bölməsindən qaçan mütəxəssis serjant M.F.-yə aid olduğu müəyyən edilib. 

Prokurorluq meyitə baxış keçirdikdən sonra ölümün dəqiq səbəbini müəyyən etmək üçün İzmir Ədliyyə Tibb Qurumuna göndərilib.

Günel Məlikzadə