Ukraynadakı fransız əsgərləri "qanuni hədəflər" olacaq
    • 5-06-2024, 10:58
    • 186

Ukraynadakı fransız əsgərləri "qanuni hədəflər" olacaq

Fransa bu yaxınlarda Ukraynada döyüşən qoşunlara təlim keçmək üçün Kiyevə əsgər göndərəcəyini açıqlamışdı.

News24.az xəbər verir ki, bu qərardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Konqo Respublikasının xarici işlər naziri Jan Klod Qakosso ilə birgə mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, Ukraynadakı istənilən fransız hərbi təlimatçı Rusiya Silahlı Qüvvələri üçün “qanuni hədəf” olacaq.

Fransanın ukraynalı əsgərlərə təlim keçmək üçün göndərəcəyi hərbi təlimatçılara da toxunan Lavrov, “Məncə, fransız təlimatçılar artıq Ukrayna ərazisindədir” deyən Lavrov, “Statuslarından asılı olmayaraq, hərbi vəzifəlilər və ya muzdlular silahlı qüvvələrimiz üçün qanuni hədəfdir” deyib.

Kremlin sözçüsü Dmitri Peskov, "Ukraynalı əsgərlərə təlim verən təlimatçıların toxunulmazlığı yoxdur, onların fransız olub-olmamasının heç bir əhəmiyyəti yoxdur" deyib.

Günel Məlikzadə