Türkiyədə zəlzələ XƏBƏRDARLIĞI: PANİKAYA DÜŞMƏYİN
    • 6-06-2024, 13:21
    • 159

Türkiyədə zəlzələ XƏBƏRDARLIĞI: PANİKAYA DÜŞMƏYİN

Bu gün Bursada böyük zəlzələ təlimi keçiriləcək.

News24.az xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsi AFAD tərəfindən ediləcək zəlzələ təlimindən əvvəl vətəndaşları SMS vasitəsilə xəbərdar edib.

Bələdiyyənin mesajında, “6 İyun 2024-cü il Cümə axşamı günü, AFAD tərəfindən fövqəladə hallara hazırlıq məqsədi ilə Bursa daxilində zəlzələ təlimi keçiriləcək. Təlim zamanı sirenalar səslənəcək və təcili yardım maşınları meydanda olacaq. Bu səbəbdən xalqımızdan təlaşa düşməmələrini və sakit olmalarını xahiş edirik. Ümid edirik ki, bu məşq əsl zəlzələyə ehtiyac olmadan sadəcə bir məşq fəaliyyəti olaraq qalacaq və sizə sağlam günlər arzulayırıq” deyildi.

Günel Məlikzadə