DTX narkotiklərin Azərbaycan vasitəsilə daşındığı marşrutları AÇIQLADI
    • 8-06-2024, 15:59
    • 88

DTX narkotiklərin Azərbaycan vasitəsilə daşındığı marşrutları AÇIQLADI

Dövlət Təhlükəsizliyi Xidməti keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin qaçaq yolla külli miqdarda narkotik vasitələri Azərbaycan vasitəsi ilə daşıdıqları marşrutları açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə DTX-nin məqaləsində qeyd olunub.

Transmilli mütəşəkkil cinayətkar dəstələrin narkotik vasitələrini Azərbaycana daşıdıqları əsas marşrutların bunlar olduğu qeyd edilib:

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).