Ərəb ölkələrindən İrana qarşı qəti ADDIM
    • 11-06-2024, 20:11
    • 481

Ərəb ölkələrindən İrana qarşı qəti ADDIM

“Əl-Dürrə qaz yatağının təbii ehtiyatlarına sahiblik yalnız iki ölkəyə məxsusdur”.

News24.az Ednews-a istinadən xəbər verir ki, bu barədə iyunun 9-da Fars Körfəzi Əməkdaşlıq Şurası Dohada keçirilən iclasın sonunda bölgədəki müxtəlif məsələlərlə bağlı bəyanatında bildirilib.

Məlumata görə, Körfəz Əməkdaşlıq Şurası növbəti dəfə Əl Dürrə qaz yatağının Səudiyyə Ərəbistanı və Küveytə məxsus olduğunu vurğulayıb.

Bəyanatda İranın "Arəş" adlandırdığı qaz yatağına iddiasının əsassız olduğu bildirilib.