Kral Çarlzın portretinə hücum
    • 11-06-2024, 17:42
    • 163

Kral Çarlzın portretinə hücum

İngiltərə kralı Çarlzın taxta çıxmasından sonra ilk rəsmi portretində qırmızı rənglərin üstünlük təşkil etməsi mübahisələrə səbəb olub. Kral Çarlzın yeni portreti heyvan hüquqları müdafiəçilərinin hədəfinə çevrilib.

News24.az xəbər verir ki, heyvan haqları müdafiəçiləri Kralın Londondakı Philip Mold qalereyasında nümayiş etdirilən rəsmi portretini məhv ediblər.

İki Animal Rising nümayişçisi onun tablosuna Wallace və Gromit personajlarının yer aldığı posterlər yapışdırıblar.

Fəallardan biri Daniel Juniper deyib:

"Kral Çarlz Wallace və Gromitin böyük pərəstişkarıdır, ona görə də onun diqqətini RSPCA Zəmanətli fermalarda baş verən dəhşətlərə cəlb etmək üçün daha yaxşı bir yol düşünə bilmədik".

Animal Rising tərəfdarları Kral Çarlzı təşkilatlarına dəstək verməyə dəvət ediblər.

Günel Məlikzadə