Maska 56 milyard dollar maaş veriləcək
    • 14-06-2024, 09:14
    • 304

Maska 56 milyard dollar maaş veriləcək

Şirkətin Texas ştatının Ostin şəhərində keçirilən illik səhmdar yığıncağında Maskın maaş paketi və şirkətin Texasa köçmək planı ilə bağlı səsvermələrin nəticəsi açıqlanıb.

News24.az xəbər verir ki, səhmdarlar həm Maskın maaş paketinin, həm də Tesla-nın Texasa köçürülməsi təkliflərinin lehinə səs veriblər.

Yanvar ayında Delaver Məhkəməsinin hakimi Kathaleen McCormick, Maskın təxminən 56 milyard dollar dəyərində maaş paketinin "şirkətin idarə heyəti tərəfindən ədalətsiz olaraq təyin edildiyi" səbəbiylə ləğv edilməsinin yolunu açmışdı.

X hesabından mövzu ilə bağlı paylaşım

İlon Mask: "Heç vaxt Delaver ştatında şirkətinizi qurmayın" dedikdən sonra o, şirkəti Texas ştatına köçürmək planını açıqlamışdı.

Qeyd edək ki, bu ilin əvvəlində təxminən 56 milyard dollar dəyərində olan ödəniş paketi Tesla-nın səhmlərindəki dəyər itkisi səbəbindən bir qədər azalıb.

Maaş paketini dəstəkləyən səslərin məhkəmə qərarını qüvvədən salmasa belə Maska üstünlük verəcəyi bildirilir.

Günel Məlikzadə