Şahzadə geri qayıtdı - FOTO
    • 15-06-2024, 14:30
    • 230

Şahzadə geri qayıtdı - FOTO

İngiltərədə hər il iyun ayının ikinci şənbə günü keçirilən Britaniya monarxiyasının rəsmi ad günü qeyd etmələri başlayıb.

News24.az xəbər verir ki, Uels şahzadəsi Keyt xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxacaq.

Sky News-un məlumatına görə, şahzadə həyat yoldaşı Şahzadə Uilyam və üç uşağı ilə birlikdə Bukingem sarayına gəlib.

Uels şahzadəsi övladları ilə birlikdə at arabasında mərasimə çıxıb.

Şahzadə mərasimdən əvvəl deyib: "Bu həftə sonu ailəmlə birlikdə Britaniyanın rəsmi ad günü mərasimində və yay boyu bir neçə başqa rəsmi tədbirdə iştirak etməyi səbirsizliklə gözləyirəm, lakin təhlükənin hələ bitmədiyini bilirəm". 

Bukingem Sarayının sözçüsü də Şahzadə Keytlə bağlı açıqlama verərək, sağalması üçün vaxta ehtiyacı olduğunu bildirib.

"Kral Şahzadənin sabahkı tədbirə qatılacağına sevinir və sabah bütün təfərrüatları gözləyir", - sözçü deyib.

Günel Məlikzadə