ABŞ Dövlət Departamentindən Ermənistan və KTMT açıqlaması
    • 17-06-2024, 18:47
    • 116

ABŞ Dövlət Departamentindən Ermənistan və KTMT açıqlaması

ABŞ Dövlət Departamenti Ermənistanın KTMT-dən mümkün çıxması ilə bağlı Vaşinqtonun mövqeyini təqdim edib.

News24.az Musavat.com-a istinadla bildirir ki, Dövlət Departamenti "Amerikanın Səsi"nin erməni xidmətinin sorğusuna cavab verib.

“Bunu Ermənistan hökuməti qərar verməlidir və biz buna hörmət edirik. Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görmədik”, - Dövlət Departamenti "Amerikanın Səsi"nin erməni xidmətinin sorğusuna cavab olaraq qeyd edib.