Qazaxıstanlı jurnalist Kiyevdə GÜLLƏLƏNDİ
    • 18-06-2024, 20:00
    • 214

Qazaxıstanlı jurnalist Kiyevdə GÜLLƏLƏNDİ

Qazaxıstanlı jurnalist Aydos Sadıkov Kiyevdə güllələnib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

“Bu gün Kiyevdə, öz evinin yaxınlığında Aydos Sadıkovun həyatına sui-qəsd olub”, – o sosial şəbəkələrdə yazıb.

Jurnalistin vəziyyəti barədə hələlik məlumat verilmir.

Nəşrin məlumatına görə, Aydos Sadıkov Qazaxıstan hökumətini tənqid etməsi ilə tanınır.