Survivor iştirakçıları evlənir
    • 26-06-2024, 22:20
    • 5 974

Survivor iştirakçıları evlənir

Survivor All Star 2022-də fərqli komandalarda yarışan və münasibətdə olduğu ortaya çıxan Mert Öcal və Sude Burcu evlənməyə hazırlaşır.

News24.az xəbər verir ki, 2022-ci ildə nişanlanan cütlük bu yay evlənir.

Mert Öcal sosial media hesabından "Bacınız bu yay mənim həyat yoldaşım olacaq... Allaha şükür" qeydi ilə müjdə verib.

Burcu Öcalın paylaşımına “səni çox sevirəm” deyə cavab verib.

Günel Məlikzadə