Dünyanın ən pis qoxulu bitkisi - FOTO
    • 19-06-2024, 21:30
    • 1 108

Dünyanın ən pis qoxulu bitkisi - FOTO

Kew Gardens tərəfindən verilən açıqlamaya görə, Aristolochia goldiena botanika bağında tarixində üçüncü dəfə çiçək açıb.

News24.az xəbər verir ki, açıqlamada 3 metr hündürlükdə və təxminən 48 saat yaşayan Aristolochia goldiena-nın ilk çiçəyinin 1990-cı ildə, ikincisinin isə 2023-cü ildə çiçək açdığı, qoxusunun kimyəvi maddələrə bənzədiyi bildirilib.

Aristolochia goldiena kimi pis qoxulu titan arumun da təəccüblü şəkildə çiçək açdığı bildirilib.

Qeyd edək ki, çürük ət qoxusuna görə "cəsəd çiçəyi" və "dünyanın ən pis qoxulu çiçəyi" adı verilən titan arumun sonuncu dəfə 2021-ci ildə çiçək açdığına dair məlumatlar da yer alıb.

Təxminən 12 ildə ilk çiçəyini açacaq qədər enerji topladığı bildirilən titan arumun, keçən həftə açan digər titan arum ilə birlikdə 5 ildən az müddətdə ilk dəfə iki dəfə çiçək açdığı ifadə edilib.

Həmçinin Titan arum və Aristolochia goldiena-nın ilk dəfə eyni vaxtda çiçək açdığı, iki bitkinin tozcuqları özünə çəkmək üçün pis qoxu yaydığı qeyd edilib.

Günel Məlikzadə