Dağıstanda terakt: Rayonun başçısı saxlanıldı
    • 23-06-2024, 23:17
    • 2 823

Dağıstanda terakt: Rayonun başçısı saxlanıldı


Dağıstanın Serqokalinski rayonunun başçısı Maqomed Ömərov saxlanılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Next Life” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Ömərov FTX tərəfindən dindirilir.

Qeyd edək ki, Maqomed Ömərovun iki oğlu Mahaçqaladakı hücumda iştirak edib.