"Fransadakı seçkilərdən narahatam"
    • 24-06-2024, 09:14
    • 186

"Fransadakı seçkilərdən narahatam"

Olaf Şolz Almaniyanın ARD televiziya kanalına verdiyi açıqlamada, "Fransadakı seçkilərdən narahatam, bunu açıq şəkildə demək istəyirəm. Ümid edirəm ki, Le Pendən başqa partiyalar seçkilərdə belə desək, uğur qazanacaqlar. Buna fransızlar qərar verəcək” dedi.

News24.az xəbər verir ki, Fransada seçkilərin nəticələri nə olursa olsun, xüsusilə Aİ toplantılarında Fransa prezidenti Emmanuel Makronu hökumətin lideri olaraq görəcəyini ifadə edən Scholz, ifrat sağın erkən seçkilərdə qalib gəlməsi halında hələ də dəyişiklik olacağını vurğuladı. 

Kansler Şolz, bəzi digər ölkələrdəki Avropa seçkilərinin nəticələrinin daha dramatik olduğunu vurğulayaraq, "Deyə bilərəm ki, Almaniyada qeydə alınan nəticə qədər bu, bizi üzdü" dedi.

Sentyabr ayında Türingiya, Saksoniya və Brandenburq əyalətlərində seçkilərin keçiriləcəyinə işarə edən Şolz, bu əyalətlərdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasından (AfD) baş nazir seçilməsinin üzücü olacağını qeyd edib.

Kansler Şolz AfD ilə əməkdaşlığın qəbuledilməz olduğuna diqqət çəkərək, "Bunun Almaniyanın gələcəyi üçün ağlasığmaz olduğunu deməliyəm" dedi.

Günel Məlikzadə