Abdullah Avcının köməkçisi kimi olacaq?
    • 24-06-2024, 22:40
    • 279

Abdullah Avcının köməkçisi kimi olacaq?

"Trabzonspor" Super Liqada 2024-2025 mövsümünə bu gün start verəcək. Mehmet Ali Yılmaz Təsislərində toplanaraq məşqlərə başlayacaq tünd-göylü komanda mövsümöncəsi hazırlıqlarının Trabzon mərhələsini 30 iyun bazar günü tamamlayacaq.

News24.az xəbər verir ki, Qara dəniz komandası bazar ertəsi, iyulun 1-də Macarıstana gedəcək və orada mövsümöncəsi hazırlıqlarını iyulun 14-ü bazar gününə kimi davam etdirəcək.

Digər tərəfdən, dünən Trabzonsporun texniki heyətində gedən gedişlərdən sonra bütün gözlər qatılacaq yeni adlara çevrilib.

Köməkçi məşqçilər Egemen Qorxmaz və Mustafa Sarpın gedişindən sonra qısa müddətdə Trabzonsporda texniki heyət üçün yeni adlar bəlli olub.

Bordo-mavili komandanın gündəmindəki ilk ad Önder Karaveli olub. Bir müddət “Beşiktaş”ı da çalışdıran Karavelinin yeni köməkçi məşqçi kimi Abdulla Avcının komandasında böyük ölçüdə yer alacağı öyrənilib.

Qeyd edilib ki, Karavelidən sonra hazırkı texniki heyətdə yer alan Caner Erol köməkçi məşqçi postu üçün adı çəkilən ikinci ad olub.

Bu gün hər iki adla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Günel Məlikzadə