Lavrov Minskə gedib
    • 24-06-2024, 18:59
    • 166

Lavrov Minskə gedib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa rəsmi səfərə gəlib.

News24.az TASS-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbərinin təyyarəsi Minsk hava limanına enib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aydınlıq gətirib ki, səfər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümünə təsadüf edir. Onun sözlərinə görə, Lavrovun Belarus prezidenti Aleksandr Lukaşenko, Respublika Şurasının və Milli Assambleyanın Nümayəndələr Palatasının sədrləri Natalya Koçanova və İqor Sergeenko ilə görüşü nəzərdə tutulub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri belaruslu həmkarı Sergey Aleyniklə də danışacaq.

Bundan əlavə, Rusiya diplomatiyasının rəhbəri Qələbə abidəsi önünə əklil qoyacaq və Belarus Prezidenti yanında İdarəetmə Akademiyasında çıxış edəcək.

Lavrov bildirib ki, Ukraynada Qərbin Rusiyaya qarşı başlatdığı münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün çox ciddi təhlükədir.


Günel Məlikzadə