Sədərək icra başçısına yeni müavin təyin edilib
    • 24-06-2024, 20:04
    • 149

Sədərək icra başçısına yeni müavin təyin edilib


Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

News24.az APA-ya istinadla xəbər verir ki, bununla bagli icra başçısı Naim Cahidzadənin sərəncam imzalayıb. Sərəncama əsasən, Yusif Mirabbas oğlu Seyidov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.