İyunda qarla mübarizə aparıldı
    • 25-06-2024, 21:30
    • 236

İyunda qarla mübarizə aparıldı

Türkiyə daxilində qızmar istilər təsirli olsa da, Vanın yüksək bölgələrində qarla mübarizə işləri aparılır.

News24.az xəbər verir ki, Vanda 3 min yüksəklikdəki yayla yolunda qarla mübarizə işləri aparılıb.

Qeyd edək ki, Hakkari sərhədinə yaxın bölgədə 2 iş maşını və 4 personal ilə aparılan işlər tamamlanarkən, qruplar yerlərdə 3 metrə çatan qar kütlələrini təmizləyərək son bağlanan yayla yolunu nəqliyyata açıb.

Günel Məlikzadə