Bir tərəfdə dəhşətli isti, digər tərəfdə qar..
    • 12-06-2024, 14:50
    • 222

Bir tərəfdə dəhşətli isti, digər tərəfdə qar..

Türkiyənin əksər bölgələrində isti dalğası təsirli olsa da, Rizənin yüksək dağlıq yaylalarında qarla mübarizə davam edir.

News24.az xəbər verir ki, vilayət daxilində yayla yollarında uçqunların təmizlənməsi və yol təmizləmə işlərinin mayın 18-də başladığı bildirilib.

İşlərin tamamlanma nöqtəsinə çatdığına diqqət çəkən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Məsuliyyət sahəmizdə 8600 kilometrlik yol şəbəkəsi olsa da, bunun əksəriyyəti yayla yollarından ibarətdir. Türkiyənin özəl idarəçilik sahəsində üçüncü ən uzun yol şəbəkəsində olan əyalətimizdə qar uçqunu əməliyyatlarında 6 yükləyici tikinti texnikası və 12 personal iştirak edir. Hazırda bu gün işlərin 90 faizi tamamlanıb”.

Açıqlamada Ardeşendə 13, Fındıklıda 8, Çamlıhemşində 7 yayla yolunda işlərin tamamlandığı, digərlərində isə işlərin davam etdiyi bildirilib.

Günel Məlikzadə