-
- 27-06-2024, 19:33
- 510
Rusiya SSRİ-nin dostlarını başına yığır - Müharibəyə girirlər
Şimali Koreya Ukraynanın Donetsk vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazilərinə inşaat və mühəndis qoşunları göndərəcək. Bu, iyulda baş verəcək.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Şimali Koreya qüvvələrinin ruslara Donetskdə “infrastrukturun bərpası”nda kömək edəcəyi iddia edilir.
İnstitut qeyd edir ki, Şimali Koreya işğal edilmiş bölgəyə 10 “mühəndis briqadası” göndərəcək. Bu məqsədlə Pxenyanın Rusiyadan ilə 115 milyon dollara qədər vəsait alacağı deyilir.
Şimali Koreyanın birbaşa mühəndis dəstəyi Rusiyanın Ukraynanın işğal olunmuş ərazisində hərbi infrastruktur və müdafiə istehkamlarını genişləndirmək səylərinə töhfə verə bilər.
ISW-yə görə, Rusiya alternativ dünya nizamının əsasını formalaşdırmaq üçün SSRİ ilə tarixən isti əlaqələri olan dost dövlətlərdən ibarət koalisiya yaratmağa çalışır. Bu sırada Şimali Koreya ilə yanaşı, İran və Çinin də adları çəkilir.
Ukraynalı hərbi ekspert Valeri Ryabixin fikrincə, Şimali Koreya qoşunlarının Ukrayna ərazisinə daxil olması Pxenyanın müharibəyə girməsi anlamına gələcək.
“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Şimali Koreya bölmələrinin görünməsi Pxenyanın Rusiya tərəfindən Ukrayna ilə müharibəyə girməsi kimi şərh edilə bilər. Buna Ukrayna ilə yanaşı, ABŞ kəşfiyyatı da nəzarət edəcək”, - ekspert vurğulayıb.