"Harry Potter" serialı başlayacaq
    • 27-06-2024, 23:50
    • 263

"Harry Potter" serialı başlayacaq


HBO Harry Potter serialı üçün mühüm addımlar atmağa davam edir. Ötən aylarda rəsmi olaraq açıqlanan adaptasiya seriyası üçün bəzi adlar açıqlanıb. 

News24.az xəbər verir ki, Françeska Qardiner serialda şoumen və icraçı prodüser kimi çıxış edəcək. Mark Mylod bir çox epizodun rejissoru və icraçı prodüseri üçün imza atıb. Qardiner bu ilin əvvəlində HBO-nun şoumen axtarışında adı çəkilən adlardan biri olub.

Qeyd edək ki, Françeska Qardiner daha əvvəl Succession, Killing Eve və His Dark Materials kimi serialların çəkilişində iştirak edib. Buna görə məşhur ad hər Harri Potter kitabı üçün mövsüm boyu hekayələr hazırlamaq tapşırılıb.


Mylod isə Game of Thrones, Succession və Entertainment Weekly kimi HBO layihələrini idarə edib. Hal-hazırda o, HBO-nun The Last of Us-un adaptasiyasını da idarə edir.

Qardiner və Mylod serialı idarə etməyə başladıqları üçün kastinqin qısa zamanda başlaması gözlənilir. Qeyd edək ki, filmin adaptasiyasından olan trio (Daniel Radcliffe, Emma Watson və Rupert Grint) serialda olmayacaq.


O, kitab seriyasından uyğunlaşdırılacaq istehsalın 2026-cı ildə Max-də yayımlanacağını açıqlayıb. CEO David Zaslav, sevimli sehrbazlıq dünyasını rəqəmsal dünyaya gətirməkdən çox həyəcanlandıqlarını söyləyib.

Günel Məlikzadə