ATƏT PA-nın 31-ci İllik Sessiyası Buxarestdə işə başladı
    • 29-06-2024, 18:37
    • 135

ATƏT PA-nın 31-ci İllik Sessiyası Buxarestdə işə başladı

Bu gün ATƏT PA-nın 31-ci İllik Sessiyası Buxarestdə işə başladı. 

News24.az xəbər verir ki, Azərbaycanın ATƏT PA-da Nümayəndə heyəti və ATƏT yanında Daimi nümayəndəliyi Sessiyada iştirak edir.

İyulun 3-nə kimi davam edən Sessiyada ATƏT PA-nın Əsas Komitələrinin Qətnamə layihələri, 16 Əlavə Bənd layihələri və Assambleyanın siyasi gündəliyində olan məsələlər müzakirə olunacaq, ATƏT PA-nın prezidenti, vitse-prezidentləri, Komitə sədrləri və digər rəsmi vəzifələrə seçkilər keçiriləcəkdir.