Yıldız Çağrı Atiksoy: Bu gün 40-cı günümüzdür
    • 1-07-2024, 20:50
    • 165

Yıldız Çağrı Atiksoy: Bu gün 40-cı günümüzdür

2022-ci ildə evlənən aktyor Berk Oktay və aktrisa Yıldız Çağrı Atiksoy cütlüyü xoşbəxtliklərini körpə ilə taçlandırıb.

News24.az xəbər verir ki, mayın 21-də qızlarını qarşılayan Berk Oktay və Yıldız Çağrı Atiksoy körpələrinə Mire Milena adını veriblər.

Riskli doğuş olduğu üçün təcili əməliyyata alınan və hazırda kiçik qızına baxan Yıldız Çağrı Atiksoy qızının 40 günlüyünü üçün mövlud oxutdurub.

Atiksoy qızının 40 günlük olduğunu açıqlayıb: "Bu gün qızımla 40-cı günümüzdür. Əvvəlcə 40 uçurtma hamamı, sonra mövludumuz olacaq. Dualarınız bizimlə olsun inşallah".

38 yaşlı məşhur aktrisa bu özəl gündən kadrları sosial media hesabında izləyiciləri ilə paylaşıb.

Mire Milenanın üzünü göstərməyə üstünlük verməyən məşhur ad, pozalarını da qızı ilə bölüşüb.

Daha sonra Yıldız Çağrı Atiksoy qızı ilə gəzintiyə çıxıb; "Sonra Milonu gəzintiyə çıxardıq. Dualarınız çox dəyərlidir. Xoş arzularınız üçün çox sağ olun", -  o paylaşıb.

Günel Məlikzadə