65 milyon illik mağaralar - FOTO
    • 1-07-2024, 12:39
    • 163

65 milyon illik mağaralar - FOTO

Malatyanın Akçadağ rayonunda yerləşən və 65 milyon illik geoloji formalaşma nəticəsində meydana gəldiyi ifadə edilən təbiət möcüzəsi olan Levent Vadisi geoloji xüsusiyyətləri ilə yanaşı mədəni varlıqları ilə də diqqət çəkir.

News24.az xəbər verir ki, Akçadağ rayon mərkəzinə 15 kilometr aralıda olan, təbiəti və coğrafi gözəllikləri ilə son illərdə yerli, xarici turistlərin tez-tez ziyarət etdiyi vadidə Roma sivilizasiyasının izləri də var.

Vadinin içərisindəki Küçükkürnə səmtindəki çoxlu qaya məzarları və sıralı mağaralar görənləri təəccübləndirir.

Qeyd edək ki, vadi bir çox qırılmalarla kəsilmiş və tektonizm nəticəsində əmələ gəlib. Tektonizm vadini yaradarkən eroziya nəticəsində bu mağaralar açılmağa başlayıb. 

Günel Məlikzadə