Xalq artistinin illər sonra ETİRAFI
    • 1-07-2024, 13:33
    • 860

Xalq artistinin illər sonra ETİRAFI

Xalq artisti Ənvər Həsənov Arb televiziyasında yayımlanan "O üz" verilişində həyat yoldaşı Möminat Qurbanovanın vəfat etdiyi avtomobil qəzasından danışıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ənvər Həsənov bu sözləri deyib:

“2008-ci ilin yanvarı bizim üçün bəlalı qış ayı idi. Tüfəng də götürmüşdüm, Möminat də tüfəngi çox sevdirdi. Dedi ki, mən də sizinlə gedirəm. Ona "yox" desəm də bildirdi ki, gedəcək. Qabağıma böyük çoban iti çıxdı. Mən də dərhal əyləcə basdım və avtomobil fırlanmağa başladı. Öndə də ”VAZ 2106” avtomobil gedirdi. Onun isə içində çox sayda insan oturmuşdu. Əksəriyyəti də uşaq idi. Dedim ki, maşınım gedib o maşına dəysə, bu qədər insan öləcək və faciə olacaq. Maşını iki ağacın arasına saldım. Başım partladı, Möminatın da gicgahına zərbə dəydi və bununla da o dünyasını dəyişdi. Möminat son sözünü mənə evdə demişdi. Bildirmişdi ki, özündən muğayat ol və tək qalma. Sən tək qalan insan deyilsən, mütləq yanında gərək xanım olsun ki, sənə qulluq etsin. Mən sənə buna icazə verirəm. Ona dedim ki, ay qız, sən nə danışırsan? Mənim şəxsiyyət vəsiqəmdə sənin adın yazılıb. Mən səndən sonra şəxsiyyət vəsiqəsinə kiminsə adını yazaram?! Ona dedim ki, belə sözlər danışma. Hadisənin baş verdiyi ərazidən keçirəm, avtomobili saxlayıb onu yada salıram. İndiyəqədər də özümə gəlməmişəm. Otağımda onun böyük şəkli asılıb, hər gün durub şəkil ilə danışıram. Hər şeyi öncədən görürdü, bilirdi. Onun adına uyğun vergisi vardı. Möminat, yəni mömin adam. Bir gün evə gec gəlmişdim, mənimlə oturdu söhbət etdi. Bildirdi ki, filan hərəkəti etmə, uşaqlar, nəvələr var. Sən ölsən, səni dəfn edə, məzarını düzəldə, yas mərasimini verə bilməyəcəyəm. Səndən əvvəl dünyamı dəyişəcəyəm. Bilirəm ki, hər şeyi də özün edəcəksən".