84 nəfəri aldatdı..
    • 3-07-2024, 21:50
    • 252

84 nəfəri aldatdı..

Sakaryada 84 müştəridən 98 milyon lirə dəyərində qızıl-zinət əşyaları və nağd pul alan zərgər M.B. aprelin 22-də biznesini bağlayaraq şəhəri tərk edib.

News24.az xəbər verir ki, zərərçəkmişlərin şikayətləri ilə barəsində istintaq başladılan şübhəlinin avtomobillə Ispartadan Burdura getdiyi müəyyən edilib.

Isparta və Burdur polisinin təşkil etdiyi birgə əməliyyatda yaxalanan şübhəli polis bölməsindəki əməliyyatların ardından Burdur Ədliyyəsinə sövq edilib.

Növbətçi Sülh Məhkəməsi tərəfindən M.B. həbs edilib.

Günel Məlikzadə